Xəzər Xəbər

Əcnəbilər üçün dünyanın ən bahalı şəhərlərinin reytinqi açıqlanıb - TOP-10

Dünya | 13:57 • 13 İyun 2019
Əcnəbilər üçün dünyanın ən bahalı şəhərlərinin reytinqi açıqlanıb -

"ECA International” konsaltinq agentliyi daşınmaz əmlakın dəyəri üzrə apardığı qlobal tədqiqatın ("Cost of Living Index”) nəticələrini açıqlayıb. Tədqiqat çərçivəsində əcnəbilərin yaşaması üçün ən bahalı və ən ucuzlu şəhərlər qeyd olunub.

Mətbuata istinadən verdiyi məlumata görə, reytinq hazırlanarkən sıravi əcnəbiyə əlçatan olan əmtəə və xidmətlər üzrə istehlak səbəti qiymətləndirilib. Ekspertlər ət, balıq, baqqal malları, meyvə və tərəvəz kimi ərzaq məhsullarının qiymətlərini müqayisə ediblər. Eyni zamanda istirahət, gündəlik xidmət, geyim, ev əşyaları, alkoqol və tütün məmulatlarına olan maliyyə əlçatanlığı da nəzərə alınıb.

Buna baxmayaraq, təhlil zamanıevin kirayəsi, kommunal xidmətlər (elektrik enerjisi, qaz və su), avtomobil alışı və məktəb haqları kimi parametrlər istisna edilib.

Ümumilikdə, tədqiqat zamanı dünyanın 482 şəhərininistehlak səbətləri müqayisə olunub.

Əcnəbilərin yaşaması üçün dünyanın ən bahalı şəhərləri: (APA)

#

Şəhər

Ölkə

1

Aşqabad

Türkmənistan

2

Sürix

İsveçrə

3

Cenevrə

İsveçrə

4

Honkonq

Çin

5

Bazel

İsveçrə

6

Bern

İsveçrə

7

Tokio

Yaponiya

8

Seul

Cənubi Koreya

9

Tel-Əviv

İsrail

10

Şanxay

Çin

Xəbər lenti

Çox oxunanlar