Xəzər Xəbər

Kim Çen In xain generalı balıqlara yem etdi

Dünya | 13:12 • 10 İyun 2019
Kim Çen In xain generalı balıqlara yem etdi

Şimali Koreya lideri Kim Çen In generallardan birini xüsusi qəddarlıqla ölümə məhkum edib.

Adı açıqlanmayan və dövlət çevrilişinə cəhddə ittiham olunan general prezidentin Rensonq sarayında yeni və amansız metodla edam edilib.

Belə ki, generalın qolları və ayaqları parçalandıqdan sonra o, yırtıcı balıqlarla - ac piranalarla dolu akvariuma atılıb.

Bu edam növünün ideyasını Ceyms Bond filmlərindən aldığı bilinənKim Çen In içərisində yüzlərlə vəhşi piranaolan akvariumu Braziliyadan gətizdirib. Dövlət başçısı belə dəhşətli edamla başqa məmurların gözünü qorxutmağa çalışır./oxu.az

Xəbər lenti