Xəzər Xəbər

Tokayev Qazaxıstan prezidenti seçildi - Rəsmi

Dünya | 10:59 • 10 İyun 2019
Tokayev Qazaxıstan prezidenti seçildi - Rəsmi

9 iyunda Qazaxıstanda keçirilən prezident seçkilərində Kasım-Jomart Tokayev qalib gəlib.

Mərkəzi Seçki Komissiyasının açıqlamasında qeyd olunur ki, səslərin 100 faizi artıq hesablanıb və Tokayev 70, 76 faiz səslə qələbə qazanıb.

MSK-nın sədr müavini Konstantin Petronun sözlərinə görə, Tokayevi seçkilərdə 6 milyon 504 min 54 qazaxıstanlı dəstəkləyib.

Müxalifətdən olan namizəd Amircan Kosanov 16,02 faiz səs (1 milyon 472 min 733 seçici) toplayıb.

Qafqazinfo

Xəbər lenti