Xəzər Xəbər

ABŞ-ın strateji bombardmançıları ilə bağlı ŞOK İDDİA

Dünya | 09:13 • 10 İyun 2019
ABŞ-ın strateji bombardmançıları ilə bağlı ŞOK İDDİA

ABŞ-da döyüşə hazır "B-1B Lancer” strateji bombardmançıların sayı "vahidlər”lə hesablanır.

Bu haqda "Air Force Times” nəşri yazıb.

Hazırda ABŞ-da aviasiya qrupunda bu modeldən 62 təyyarə var, ancaq onlardan yalnız 9-u döyüşə hazır vəziyyətdədir. Bunun səbəblərdən biri onlardan çoxunun 30 ildən daha əvvəl istehsal edilməsidir. Bundan başqa, onların texniki xidməti üçün lazımi resurs yoxdur.

Nəşr qeyd edir ki, bununla əlaqədar olaraq uzaq aviasiyanın tətbiqiylə zərbələrin vurulması üzrə Pentaqonun imkanları təhdid altındadır.

Daha əvvəl ABŞ Konqresində bombardmançıların döyüş hazırlığının artırılması üzrə qanun layihəsi təklif edilib.

Qeyd edək ki, "B-1B Lancer” səsdən surətli strateji bombardmançısıdır. Bombardmançı adi və nüvə silahları daşıya bilir./publika.az

Xəbər lenti