Xəzər Xəbər

Londonda 7 mərtəbəli yaşayış binasında yanğın baş verib

Dünya | 21:01 • 9 İyun 2019
Londonda 7 mərtəbəli yaşayış binasında yanğın baş verib

Londonun şərqindəki Barkinq rayonunda yeddimərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerinə yüzdən çox yanğınsöndürən cəlb olunub.


Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin yanğın-xilasetmə xidmətinin internet səhifəsində məlumat yer alıb.


"15 yanğınsöndürən maşın və 100-dən çox yanğındanmühafizə xidmətinin əməkdaşı Barkinqdə, De Pass Qardens küçəsindəki yanğının söndürülməsinə göndərilib”, - məlumatda belə deyilir.


Bildirilir ki, hazırda yanğın binanın bütün 7 mərtəbəsini bürüyüb. Yanğının səbəbləri hələ ki məlum deyil.

Xəbər lenti

Çox oxunanlar