Xəzər Xəbər

Dörd nəfərin ölümünə səbəb olan sürücü saxlanılıb

Dünya | 20:58 • 9 İyun 2019
Dörd nəfərin ölümünə səbəb olan sürücü saxlanılıb

İyunun 8-də İstanbulun Beşiktaş rayonunda yolda təhlükəli manevrlər edərək 4 nəfərin ölümü və 10 nəfərin yaralanması ilə nəticələnən qəzaya səbəb olan sürücü saxlanılıb.


Xezerxeber.az xəbər verir ki, sürücü Burdur şəhərinin Gökçebağ kəndində yol hərəkəti qaydalarını pozarkən polis əməkdaşları tərəfindən ələ keçirilib. O, müvafiq orqanlara təhvil verilib.


Qeyd edək ki, hadisə nəticəsində ölənlərdən üçü uşaq, biri isə həyatını itirən iki uşağın anasıdır.

Xəbər lenti