Xəzər Xəbər

Aİ ölkələri “Brexit”in üçüncü dəfə təxirə salmasının tərəfdarıdır

Dünya | 21:45 • 9 İyun 2019
Aİ ölkələri “Brexit”in üçüncü dəfə təxirə salmasının tərəfdarıdır

Avropa İttifaqına üzv olan 25 ölkə, o cümlədən Almaniya Böyük Britaniyanın "Brexit”i üçüncü dəfə təxirə salmasının tərəfdarıdır.


AZƏRTAC "Times” qəzetinə istinadla xəbər verir ki, Aİ-yə üzv ölkələr "Brexit”in 2020-ci ilin yazına qədər təxirə salınmasını istəyir. Qəzetə müsahibə verən qurumun rəsmisi bildirib ki, əgər yeni Baş nazir oktyabrın 31-də Aİ-ni müqaviləsiz tərk etmək istəyərsə, o zaman Avropa Parlamenti buna icazə verməyəcək.


Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması üçün ilkin tarix 2019-cu il martın 29-u təyin edilmişdi. Sonradan bu tarix aprelin 12-nə keçirildi. Daha sonra isə proses oktyabrın 31-dək təxirə salındı.

Xəbər lenti