Xəzər Xəbər

Türkiyədə son 10 gündə 221 yol qəzası: 103 ölü, 731 yaralı

Dünya | 21:26 • 9 İyun 2019
Türkiyədə son 10 gündə 221 yol qəzası: 103 ölü, 731 yaralı

Türkiyədə son 10 gün ərzində (mayın 31-i saat 18:00-dan iyunun 9-u saat 17:00-dək) 221 yol-nəqliyyat hadisəsi baş verib.


Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, 221 qəza nəticəsində 103 nəfər həlak olub, 731 nəfər isə xəsarət alıb.


Qeyd edilir ki, mayın 31-i 6 saat ərzində ölkənin müxtəlif yerlərində 7 yol-nəqliyyat hadisəsi baş verib və nəticəsində 10 nəfər ölüb, 31 nəfər isə yaralanıb.


Ən az ölümlə nəticələnən qəza iyunun 1-i qeydə alınıb. Beləki, sutka ərzində 25 qəza olub və nəticədə 3 nəfər ölüb, 65 nəfər isə yaralanıb.


İyunun 2-si - 23 qəza, 4 ölü və 66 yaralı; iyunun 3-ü - 28 qəza, 11 ölü və 69 yaralı; iyunun 4-ü - 22 qəza, 11 ölü, 88 yaralı; iyunun 5-i - 23 qəza, 13 ölü və 74 yaralı; iyunun 6-sı - 15 qəza, 4 ölü, 80 yaralı; iyunun 7-si - 22 qəza, 7 ölü, 58 yaralı; iyunu 8-i - 36 qəza, 22 ölü, 119 yaralı; iyunun 9-u - 20 qəza, 10 ölü, 61 yaralı.

Xəbər lenti