Xəzər Xəbər

Sudanda tətil başlayıb

Dünya | 16:00 • 9 İyun 2019
Sudanda tətil başlayıb

Bu gün Sudanda ölkə üzrə vətəndaş itaətsizliyi başlayıb.


APA-nın "Alman dalğası"na istinadən verdiyi məlumata görə, Sudan Peşəkarlar Assosiasiyasının Həmkarlar İttifaqı ölkədə mülki hakimiyyət bərqərar olana qədər aksiyaların davam edəcəyini bəyan edib.


Aksiyada yalnız həkimlər iştirak etməyəcək.


Bundan əvvəl iki müxalif lider - SPLM-N qrupunun baş katibi İzmail Callab və qrupun rəhbəri Mübarək Ardol Efiopiyanın baş naziri Abi Əhmədlə görüşdən sonra saxlanılıblar. Efiopiya baş naziri müxalif Azadlıq və Dəyişiklik Uğrunda Hərəkat və Sudan Hərbi Şurası arasında vasitəçilik missiyası ilə çıxış edib.


Qeyd edək ki, Sudanda Hərbi Şura 2019-cu ilin aprelində, uzun illər hakimiyyətdə olmuş Ömər əl-Bəşirin devrilməsindən sonra hakimiyyəti ələ alıb. Mayın ortalarında müxalifətlə Hərbi Şura arasında ölkənin 3 il ərzində hər iki tərəfin təmsilçilərinin yer aldığı Keçid Şurası tərəfindən idarə olunması barədə razılaşma əldə olunub. Ancaq tərəflər Keçid Şurasına kimin rəhbərlik edəcəyi ilə bağlı razılığa gələ bilməyiblər. Hərbi Şura ilə danışıqların başlamasından bir neçə həftə sonra iyunun 3-də paytaxt Xartumda müxaliflərin çadır düşərgəsi dağıdılıb. Sudan Səhiyyə Nazirliyi toqquşmalarda 61 nəfərin öldüyünü açıqlayıb.

Xəbər lenti