Xəzər Xəbər

Petro Poroşenko partiyasının namizədlərinin siyahısını təqdim edib

Dünya | 14:12 • 9 İyun 2019
Petro Poroşenko partiyasının namizədlərinin siyahısını təqdim edib

Ukraynanın sabiq prezidenti Petro Poroşenko rəhbərlik etdiyi "Avropa həmrəyliyi” partiyasının növbədənkənar parlament seçkilərinə qatılacaq namizədlərinin siyahısını təqdim edib.


Bu barədə siyahı partiyanın bazar günü keçirilən qurultayında açıqlanıb.


Partiyanın siyahısında ilk onluğa tanınan simalardan Petro Poroşenko, Ali Radanın sədri Andrey Parubiy, Ali Rada sədrinin birinci müavini İrina Qeraşenko, müharibə veteranı Mixail Zabrodskiy, televiziya aparıcısı Sofiya Fedina, Krım tatarlarının rəhbərləri Mustafa Cəmilov, Atyom Çiyqoz daxildir.


Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçiriləcək.

Xəbər lenti