Xəzər Xəbər

Moldovada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıb

Dünya | 13:44 • 9 İyun 2019
Moldovada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıb

Moldovada növbədənkənar parlament seçkiləri sentyabrın 6-da keçiriləcək.


Bu barədə Prezidentin səlahiyyətlərini icra edən, Baş nazir əvəzi Pavel Filip fərman imzalayıb.


Qeyd edək ki, Moldovanın Konstitusiya Məhkəməsi bu gün keçirilən iclasında parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək üçün ölkə prezidenti səlahiyyətlərinin müvəqqəti icrasının Baş nazir Pavel Filipə həvalə olunması barədə qərar çıxarıb. Bununla da İqor Dodonun prezidentlik səlahiyyətləri dondurulub.


Konstitusiya Məhkəməsi parlamentin yeni Baş nazirin və spikerin təyin olunmasına dair qərarlarını da ləğv edib.


Xatırladaq ki, Moldova Prezidenti İqor Dodon demokratların onu istefaya göndərmək üçün bütün vasitələrdən istifadə etdiyini açıqlamışdı. İ.Dodon ona və ailəsinə qarşı təzyiqlərin artdığını bəyan etmişdi.


"Mənə dəqiq məlumat daxil olub ki, yeni Baş naziri təyin etməmək və parlamenti buraxmaq üçün opponentlərim təzyiqləri artıracaqlar. Bəyan edirəm ki, hər hansı güzəştə getməyəcəyəm”, - deyə Dodon əlavə edib. (AZƏRTAC)

Xəbər lenti