Xəzər Xəbər

G20 ölkələrinin nazirləri süni intellekt texnologiyalarından istifadənin prinsiplərini razılaşdırıblar

Dünya | 13:39 • 9 İyun 2019
G20 ölkələrinin nazirləri süni intellekt texnologiyalarından istifadənin prinsiplərini razılaşdırıblar

G20 ölkələrinin ticarət və rəqəmsal iqtisadiyyat nazirləri süni intellekt texnologiyalarından istifadənin əsas prinsiplərini razılaşdırıblar.


AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma Yaponiyanın Tsukuba şəhərində keçirilən danışıqların birinci günündə əldə edilib.


Həmin prinsiplərə görə, insanlar süni intellektdən istifadə nəticəsində iş yerlərini itirə bilərlər. Bundan əlavə, prinsiplər məlumatlarda sistemli yanlışlıqlar nəticəsində diskriminasiya da daxil olmaqla, etnik xarakterli problemlərin mümkünlüyünü təsdiq edir.


Görüş iştirakçıları "insanlara istiqamətlənən süni intellekt” ideyasını da təqdim ediblər. Bu zaman bütün ölkələr süni intellekt texnologiyalarından insan hüquqlarına riayət etmək şərti ilə istifadəyə və bunun nəticəsində əldə olunan üstünlükləri mübadilə etməyə çağırılır.

Xəbər lenti