Xəzər Xəbər

ÇXR Sədri Qırğızıstana və Tacikistana səfər edəcək

Dünya | 11:56 • 9 İyun 2019
ÇXR Sədri Qırğızıstana və Tacikistana səfər edəcək

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dövlət başçıları şurasının Bişkekdə keçiriləcək 19-cu görüşündə iştirak etmək üçün Qırğızıstana, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Düşənbədə təşkil olunacaq 5-ci zirvə toplantısına qatılmaq üçün Tacikistana səfər edəcək.


AZƏRTAC Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, ÇXR Sədrinin iyunun 12-14-dək Qırğızıstan səfəri rəsmi xarakter daşıyacaq və dövlət başçıları səviyyəsində keçiriləcək görüşdə iki ölkə arasında münasibətlərə dair fikir mübadiləsi aparılacaq.


Si Cinpin iyunun 14-16-dək isə Tacikistanda rəsmi səfərdə olacaq.


Qeyd edək ki, hər iki təşkilatın sonuncu zirvə görüşləri Çində təşkil olunub. Ötən il iyunun 9-10-da ŞƏT-in zirvə görüşü Çindao şəhərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü zirvə toplantısı isə 2014-cü ilin 20-21 may tarixlərində Şanxayda keçirilib.

Xəbər lenti