Xəzər Xəbər

Kasım-Jomart Tokayev prezident seçkilərində səs verib

Dünya | 10:13 • 9 İyun 2019
Kasım-Jomart Tokayev prezident seçkilərində səs verib

"Nur Otan" partiyasından perzidentliyə namizəd Kasım-Jomart Tokayev ölkədə keçirilən prezident seçkilərində səs verib.

Xezerxeber.az-ın məlumatına görə, Kasım-Jomart Tokayev Nur-Sultan şəhərində "Astana Opera" teatrında təşkil edilmiş 115 nömrəli seçki məntəqəsində səs verib.

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.

Xəbər lenti