Xəzər Xəbər

Boston metrosunda qatar relsdən çıxıb, 10 nəfər xəsarət alıb

Dünya | 09:09 • 9 İyun 2019
Boston metrosunda qatar relsdən çıxıb, 10 nəfər xəsarət alıb

ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston metrosunda qatarın relsdən çıxması nəticəsində azı 10 nəfər xəsarət alıb. Bu barədə "CBS News” xəbər yayıb.


Xezerxeber.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, hadisə vaxtı qatarda 150 nəfər olub. Xəsarət alanların həyatı üçün təhlükə yoxdur.


Hadisə nəticəsində qatarların hərəkətində ləngimə yaranıb. Şəhər sakinlərindən alternativ nəqliyyatdan istifadə etmək xahiş olunub. Hökumət orqanları qatarın relsdən çıxması səbəbini öyrənmək məqsədilə araşdırma aparır.

Xəbər lenti