Xəzər Xəbər

Şinzo Abe İrana səfər ərəfəsində Binyamin Netanyahu ilə danışıb

Dünya | 18:17 • 8 İyun 2019
Şinzo Abe İrana səfər ərəfəsində Binyamin Netanyahu ilə danışıb

Yaponiyanın Baş Naziri Şinzo Abe gələn həftəyə planlaşdırılan İran səfəri ərəfəsində israilli həmkarı Binyamin Netanyahu ilə telefonla danışıb.


AZƏRTAC xəbər verir ki, təqribən 30 dəqiqə davam edən danışıq zamanı Ş.Abe bildirib ki, onun səfərinin məqsədi Yaxın Şərqdəki gərginliyi azaltmaqdır. Xatırladaq ki, İsraili dəstəkləyən ABŞ ilə İran arasında münasibətlər çox gərgindir.


B.Netanyahu regionda sabitliyin bərpası və inkişaf üçün Ş.Abe ilə əlbir çalışmağa razılığını ifadə edib.


Hər iki lider, eyni zamanda, ölkələri arasında təhlükəsizlik və iqtisadi əməkdaşlıq da daxil olmaqla geniş spektrdə məsələlərin həlli üçün əlaqələrin möhkəmləndirilməsinə hazır olduqlarını bildiriblər.


Ş.Abenin B.Netanyahuya telefon zənginin məqsədinin Yaxın Şərqdə sülhün və inkişafın əldə edilməsi üçün maraqlı tərəflərin dəstəyini almaqdan ibarət olduğu bildirilir.

Xəbər lenti