Xəzər Xəbər

Mamuka Baxtadze: Dünyanın mineral ehtiyatlarının 18 faizi bizim regionda yerləşir

Dünya | 21:15 • 8 İyun 2019
Mamuka Baxtadze: Dünyanın mineral ehtiyatlarının 18 faizi bizim regionda yerləşir

Dünyanın mineral ehtiyatlarının 18 faizi bizim regionda cəmləşib. Bizim yerləşdiyimiz coğrafi məkan 500 milyonluq regional bazarın yaradılmasına imkan verir.


Bu sözləri Gürcüstanın Baş Naziri Mamuka Baxtadze Dünya Məsələləri Şurasının iclasındakı çıxışı zamanı söyləyib.


Onun sözlərinə görə, Gürcüstan Avropanın dənizə çıxışı olmayan 8 ölkəsi üçün qapı rolunu oynayır. Ölkəsinin xarici investorlar üçün geniş imkanlara malik olduğunu vurğulayan Baş Nazir deyib ki, Gürcüstan əlverişli vergi sisteminə görə dünyadakı 3-cü yerdəki mövqeyini saxlayır. "Bunu Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər kredit təşkilatlarının hesabatlarından da görmək olar”, - deyə Baş Nazir vurğulayıb.


Amerikalı iş adamlarını, maliyyə-kredit təşkilatlarını Gürcüstana dəvət edən Baş Nazir deyib: "Belə bir məkanda ABŞ biznesi Avropa ilə Asiya üçün həyati vacib imkanlar aça bilər.


Onun sözlərinə görə, Gürcüstan hökuməti bu prinsip və imkanları nəzərə alaraq tərəfdaşları ilə birlikdə iri miqyaslı layihələr həyata keçirir. (AZƏRTAC)

Xəbər lenti