Xəzər Xəbər

Ərdoğan və xanımı Özilin toyunda şahid oldular - VİDEO

Dünya | 10:16 • 8 İyun 2019
Ərdoğan və xanımı Özilin toyunda şahid oldular -

Ötən gün İngiltərənin "Arsenal" klubunun Almaniya vətəndaşı olan türk futbolçusu Məsut Özilin Əminə Gülşe ilə toyu olub.

Futbolçunun toyunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğan da iştirak ediblər. T.Ərdoğan və xanımı toyda nikah şahidi qismində də çıxış ediblər.

Futbolçunun toyunda nitq söyləyən Türkiyə lideri cütlüyə xoşbəstlik arzu edib və nikahı təsdiq edən sənədi Ə.Gülşeyə təqdim edib.

Toy mərasimi İstanbulda ailə üzvlərinin və dostların iştirakı ilə keçirilib.

Xəbər lenti