Xəzər Xəbər

Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 75 nəfər saxlanılıb

Dünya | 09:47 • 8 İyun 2019
Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 75 nəfər saxlanılıb

Türkiyənin İzmir şəhərinin Çeşmə və Seferihisar rayonlarında ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 75 nəfər saxlanılıb.


Xezerxeber.az xəbər verir ki, Türkiyənin sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılanların rezin qayıq vasitəsilə ölkəni tərk etmək istədikləri məlum olub.


Aralarında uşaq və qadınların da olduğu köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

Xəbər lenti