Xəzər Xəbər

ABŞ Meksika ilə immiqrasiya məsələsinə dair razılığa gəlib

Dünya | 09:38 • 8 İyun 2019
ABŞ Meksika ilə immiqrasiya məsələsinə dair razılığa gəlib

ABŞ Meksika ilə immiqrasiya məsələlərinə dair razılığa gəlib, eləcə də bazar ertəsi gününə planlaşdırılan gömrük rüsumunun tətbiqi dayandırılıb.


Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir məlumatı prezident Donald Tramp şəxsi "Twitter" səhifəsində paylaşıb.


"Sizə məmnunluqla xəbər verim ki, Birləşmiş Ştatlar Meksika ilə razılaşdırılmış bir müqavilə imzalayıb. Amerikanın bazar ertəsi gününə planlaşdırdığı rüsum hazırda qeyri-müəyyən vaxta qədər dayandırılıb”, - prezident belə yazıb.


Öz növbəsində Meksika da immiqrasiya siyasətinin sərtləşdirilməsinə dair vəd verib.

Xəbər lenti