Xəzər Xəbər

CAR-da milli parkların birindən 14 şir qaçıb

Dünya | 15:54 • 7 İyun 2019
CAR-da milli parkların birindən 14 şir qaçıb

Cənubi Afrika Respublikasının şərqində yerləşən Krüger milli parkından ən azı 14 şir qaçıb.


AZƏRTAC yerli Capricorn FM radiostansiyasına istinadla xəbər verir ki, insidentlə əlaqədar Limpopo əyalətində yerləşən Phalaborva şəhərinin əhalisinə ehtiyatlı olmaq tövsiyə edilib. Reyncerlər qrupunun vəziyyətə nəzarət etdiyi bildirilir.


Hazırda şirlərin tutularaq parka geri qaytarılması istiqamətində tədbirlər görülür.


İyunun 5-də Krüger milli parkında bəbirin hücumu nəticəsində əməkdaşlardan birinin 2,5 yaşlı övladı həlak olmuşdu. Bir qədər sonra parkın reyncerləri digər insanlara hücumun qarşısını almaq üçün həmin bəbiri güllə ilə vuraraq öldürmüşdü.

Xəbər lenti