Xəzər Xəbər

Pakistan tərəfindən həbs olunan 6 iranlı dənizçi İrana qaytarılıb

Dünya | 15:27 • 7 İyun 2019
Pakistan tərəfindən həbs olunan 6 iranlı dənizçi İrana qaytarılıb

Pakistanın sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən həbs olunan 6 iranlı dənizçi İrana qaytarılıb.


APA-nın Tehran bürosunun məlumatına görə, iranlı dənizçilər Pakistan sularına girmək ittihamı ilə həbs olunublar. Lakin dənizçilər beynəlxalq sularda həbs olunduqlarını açıqlayıblar.


Son iki il ərzində Pakistanın sahil mühafizə qüvvələri 41 iranlı dənizçini həbs ediblər. Daha sonra İranın Kəraçi şəhərindəki baş konsulluğunun səyi nəticəsində həmin dənizçilər sərbəst buraxılıb.

Xəbər lenti