Xəzər Xəbər

İsveçdə güclü partlayış: 20-yə yaxın insan xəsarət alıb - FOTO

Dünya | 14:52 • 7 İyun 2019
İsveçdə güclü partlayış:

İsveçin Linçöpinq şəhərində baş vermiş güclü partlayış nəticəsində 20-yə yaxın insan xəsarət alıb.


AZRƏRTAC İsveç KİV-lərinə istinadən xəbər verir ki, cümə günü səhər saatlarında İsveçin cənubundakı Linçöpinq şəhərinin Hamngatan küçəsindəki yaşayış binasının yaxınlığında partlayış baş verib. Partlayışın gücündən qonşu bina və tikililərə də güclü ziyan dəyib.


Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.


Yerli xilasetmə xidməti partlayışın "qaz partlaması" olaraq xarakterizə etməsinə baxmayaraq, İsveç polisinin yaydığı açıqlamada partlayışın qaz sızması ilə bağlı olmasına və ya qəsdən törədilməsinə dair hələlik dəqiq məlumat yoxdur.


Yerli səhiyyə xidmətlərinin sözçüsü Katarina Nestor yaralananların yaxınlıqdakı şəhər xəstəxanasına yerləşdirildiklərini bildirib.

Xəbər lenti