Xəzər Xəbər

Cənubi Koreya KXDR-lə əlaqə ofisinin rəhbərini dəyişib

Dünya | 13:43 • 7 İyun 2019
Cənubi Koreya KXDR-lə əlaqə ofisinin rəhbərini dəyişib

Koreya Respublikasının birləşmə nazirinin müavini Su Ho iki ölkə sərhədindəki Keson şəhərində yerləşən KXDR-lə əlaqə ofisinin yeni rəhbəri təyin edilib.


Xezerxeber.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Li Yu Çjin bildirib. Onun sözlərinə görə, Su Ho artıq gələn həftə əməkdaşlarla söhbətləşmək və Şimali Koreya tərəfi ilə görüş qrafikinin dəyişdirilməsi imkanlarını müzakirə etmək üçün əlaqə ofisinə baş çəkə bilər. Hazırda belə görüşlər hər həftə keçirilməlidir. Su Ho isə görüşlərin yalnız zərurət olduğu təqdirdə keçirilməsini təklif edir.


Cənubi Koreya və KXDR arasında əlaqə məntəqəsi 2018-ci il avqustun 15-də açılıb. Ofisdə hər iki tərəfdən təxminən 40 məmur çalışır. Həmin vaxt belə məntəqənin fəaliyyətə başlaması iki Koreyanın müvafiq olaraq Seulda və Pxenyanda səfirliklərinin açılmasına doğru ilk addım kimi dəyərləndirilirdi.

Xəbər lenti