Xəzər Xəbər

Birləşmiş Ştatların neft ehtiyatları artır

Dünya | 12:42 • 7 İyun 2019
Birləşmiş Ştatların neft ehtiyatları artır

ABŞ-ın xam neft ehtiyatları artıb.


Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 6,8 milyon barrel (1,4 faiz) artaraq 483,3 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların çoxalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 300 min barrel azalmışdı.


ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 644,8 milyon barrel olub.


Ölkənin benzin ehtiyatları hesabat həftəsində 3,2 milyon barrel (1,4 faiz) artaraq 234,1 milyon barrel olub. Bazar proqnozları ehtiyatların azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,2 milyon barrel artmışdı. (AZƏRTAC)

Xəbər lenti