Xəzər Xəbər

İtaliyanın Cela şəhərində partlayış baş verib, xəsarət alanlar var

Dünya | 10:03 • 7 İyun 2019
İtaliyanın Cela şəhərində partlayış baş verib, xəsarət alanlar var

Siciliyanın cənub-qərbində yerləşən Cela şəhərində qızardılmış toyuq ətinin satışı ilə məşğul olan mağazada qaz balonunun partlaması nəticəsində 20 nəfər xəsarət alıb.


AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.


Xəsarət alanlardan ikisinin bədəninin 60 faizi yanıb. Partlayış nəticəsində uçan qırıntıları məhdud görmə şəraiti yaradıb və hərəkət etmək çətinləşib.


Kabab alan bir neçə alıcının da partlayışdan xəsarət aldığı qeyd edilib. Yaralananlardan ikisi təcili olaraq xəstəxanaya çatdırılıb, digər zərərçəkənlərin də vəziyyəti orta-ağır olaraq qalır.

Xəbər lenti