Xəzər Xəbər

Brüssel polisi insanların gizlin daşınması ilə məşğul olan iki dəstənin üzvlərini həbs edib

Dünya | 12:59 • 25 May 2019
Brüssel polisi insanların gizlin daşınması ilə məşğul olan iki dəstənin üzvlərini həbs edib

Brüssel polisinin gözlənilmədən keçirdiyi irimiqyaslı reyd nəticəsində iki müxtəlif cinayətkar dəstənin demək olar ki, bütün üzvləri həbs edilib.


AZƏRTAC xəbər verir ki, bu cinayətkarlar insanların Fransadan keçməklə Belçikadan Böyük Britaniyaya gizlin daşınması ilə məşğul olurmuş. Tutulanların əksəriyyəti vaxtilə Sudan vətəndaşları olub və Belçikada qeyri-leqal vəziyyətdə yaşayıblar. Onlar öz həmvətənlərini ağırtonnajlı avtomobillərin kuzovunda yerləşdirərək Dumanlı Albiona göndərirdilər. Belə ki, sürücülərin əksəriyyəti onların avtomobillərində qeyri-leqalların olmasından hətta xəbərsiz idilər.


Belçika polisi reydə hazırlığı fransalı həmkarları ilə birgə həyata keçirib.

Xəbər lenti