Xəzər Xəbər

Məişət zorakılığı ilə bağlı dəhşətli statistika Bir ildə 87 min qadın öldürülüb

Dünya | 16:54 • 23 May 2019
Məişət zorakılığı ilə bağlı dəhşətli statistika

Dünyada 2017-ci ildə məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib.

Bu sözləri Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov deyib.

Onun sözlərinə görə, bu problem uzun müddət ərzində öyrənilməyib, gizlədilib və məxfi saxlanılıb:

"Dünyada təkcə 2017-ci ildə məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib. Ölkə üzrə 2018-ci ildə məişət zorakılığı ilə əlaqədar 19icra sənədi olub. Onlardan 15-nin icrası təmin edilib, dördü isə növbəti, yəni 2019-cu ilə keçirilib.

İcra sənədlərinin yeddisi məhkəmələr tərəfindən verilən uzunmüddətli, 12-si isə yerli icra orqanları tərəfindən verilmiş qısamüddətli orderlərdir.

Məişət zorakılığı halları ailə üzvləri tərəfindən törədildiyi üçün bir qayda olaraq təkrarlanır”.

oxu.az

Xəbər lenti