Xəzər Xəbər

“Exxon Mobil” İraqdakı neft yatağında çalışan işçilərini evakuasiya edir

Dünya | 12:31 • 20 May 2019
“Exxon Mobil” İraqdakı neft yatağında çalışan işçilərini evakuasiya edir

ABŞ-ın "Exxon Mobil” şirkəti İraqdakı neft yatağında çalışan işçilərini evakuasiya edir.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət Bəsrədən xarici vətəndaşları və ikili vətəndaşlığı olan neftçilərin evakuasiyasını davam etdirir.


"Exxon Mobil” 2 gün ərzində bir qrup işçini evakuasiya edib və bu gün başqa qrupun neft yatağından ayrıldığı bildirilir.


Buna səbəb kimi İran-ABŞ gərginliyi göstərilir.


Şirkət hələ ki, bununla bağlı rəsmi açıqlama yaymayıb.


Xatırladaq ki, ötən həftə ABŞ İraqdakı "fövqəladə işçi olmayan” dövlət məmurlarını geri çağırmışdı.

Xəbər lenti