Xəzər Xəbər

Petro Poroşenko: Ukraynanın Avropa və NATO-ya inteqrasiyası istiqamətində fəaliyyətimi davam etdirəcəyəm

Dünya | 09:30 • 20 May 2019
Petro Poroşenko: Ukraynanın Avropa və NATO-ya inteqrasiyası istiqamətində fəaliyyətimi davam etdirəcəyəm

Ukrayna Prezidenti Petro Poroşenko siyasətdən getməyəcəyini və dövlətin Avropaya inteqrasiyası yolunda fəaliyyətini davam etdirəcəyini açıqlayıb.


AZƏRTAC Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, dövlət başçısı Ukraynanın NATO və Avropa İttifaqı kursundan geri çəkilməsi siyasətinə qarşı çıxacağını deyib. O, yeni hökumətin Ukraynanın Avropaya inteqrasiyası istiqamətində fəaliyyətini tam dəstəkləyəcək.


Qeyd edək ki, mayın 20-da Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçiriləcək. Bununla da P.Poroşenkonun prezidentlik səlahiyyətlərinə xitam veriləcək.

Xəbər lenti