Xəzər Xəbər

İsveçrədə yarımavtomat silahlarla bağlı referendum keçirilir

Dünya | 17:30 • 19 May 2019
İsveçrədə yarımavtomat silahlarla bağlı referendum keçirilir

Bu gün İsveçrədə yarımavtomat silahlara sahib olmaqla əlaqədar referendum keçirilir.


ONA-nın "Alman Dalğası"na istinadən verdiyi məlumata görə, 2015-ci ildə Fransada törədilən terror aktından sonra Avropa İttifaqında silahla bağlı qanunvericilik sərtləşdirilib, hücum silahları ilə bərabər, yarımavtomat silahlar da qadağan edilib.


Ancaq İsveçrədə bir çox vətəndaş belə silahlara malikdir. İsveçrə Avropa İttifaqına daxil deyil, ancaq Şengen zonasına daxildir və sərhədləri açıqdır.


İsveçrə Avropa İttifaqı ilə bir çox müqavilələr imzalayıb və Avropa İttifaqının bir çox qaydalarına riayət edir.


İsveçrə Atıcılar İttifaqının fəalları hesab edir ki, Avropa İttifaqının bu qadağasını İsveçrədə tətbiqi ölkədə atıcılıq idman növünü təhlükə altında qoyur. Baxmayaraq ki, hökumət bu qadağanın ənənəvi idman növünü təhlükə altında qoymadığını, qaydaların atıcılar, kolleksonerlər və ovçuları əhatə etmədiyini bildirib.


Əgər silahlara nəzarətin sərtləşməsini və yarımavtomat silahlara qadağanı nəzərdə tutan qanun qəbul edilməzsə, İsveçrə Şengen zonasından çıxarıla bilər. Bu halda sərhəddə şəxsi nəzarət və baxış sərtləşdiriləcək. Lakin keçirilən sorğular göstərir ki, silahlar üzərində nəzarətin sərtləşməsini nəzərdə tutan qanunun tərəfdarları çoxdur və referendumda bu qanuna dəstək ifadə olunacaq.

Xəbər lenti