Xəzər Xəbər

Rusiyadan internetlə bağlı İLGİNC QƏRAR: noyabrın 1-dən sonra...

Dünya | 12:46 • 17 Aprel 2019
Rusiyadan internetlə bağlı İLGİNC QƏRAR:

Rusiya öz internet şəbəkəsini quracaq.

Rusiya parlamentinin alt qanadı Dumada ölkənin öz internet şəbəkəsinin qurulmasını ehtiva edən qanun layihəsi təsdiq edilib.

"Runet” adı verilən yeni şəbəkənin layihəsi Federasiya Şurasına göndəriləcək. Daha sonra şuranın təsdiqi ilə 1 noybar 2019-cu il tarixindən qüvvəyə minəcək.

"Runet” vasitəsilə paylanan internetə nəzarət Rusiyanın "Roskomnadzor” milli telekom izləmə təşkilatı tərəfindən təmin olunacaq.

Layihənin şuraya göndərilməsindən sonra ölkədə müzakirələr zirvəyə çıxıb. Rusiyada kiber-hücumların qarşısını almaq və terror fəaliyyətləri ehtimalına qarşı tədbirlər görmək məqsədilə hazırlanan layihəyə bir qisim dəstək verərkən, bəzi insanlar şəbəkənin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını dilə gətirir./publika.az

Xəbər lenti