Xəzər Xəbər

KİV: Ermənistan hökuməti iqtisadi azalmanı şişirdilmiş rəqəmlərlə gizlətməyə çalışır

Dünya | 19:43 • 27 Mart 2019
KİV: Ermənistan hökuməti iqtisadi azalmanı şişirdilmiş rəqəmlərlə gizlətməyə çalışır

Ermənistan hökuməti ölkənin tikinti sektorunda artım görüntüsü yaratmağa çalışır.

Trend-in məlumatına görə, bu barədə erməni KİV-ləri yazır.

Qeyd olunur ki, Ermənistanın Dövlət Statistika Komitəsi bu ilin yanvar-fevral aylarında tikinti sektorunun ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz artdığını bildirib.

Bununla belə, KİV-lər yazır ki, Ermənistanda fəaliyyət göstərən tikinti şirkətləri bu göstəricinin həqiqətə uyğun olmadığını iddia edir:

"Tikinti şirkətlərinin rəhbərləri bildirir ki, məxməri inqilabdan sonra tikinti işləri demək olar ki, dayanıb. Yerevan meriyası müxtəlif səbəblər gətirərək tikinti icazəsi vermir. İndi yalnız əvvəlki dövrdən qalan tikintilər davam etdirilir. Beləliklə, tikinti sektorundakı artım iqtisadi azalmanın real görüntüsünü gizlətmək üçün şişirdilib”.

Xəbər lenti