Xəzər Xəbər

Avropa İttifaqı İsrailin işğal olunmuş Colan təpələri üzərində suverenliyini tanımır

Dünya | 17:46 • 27 Mart 2019
Avropa İttifaqı İsrailin işğal olunmuş Colan təpələri üzərində suverenliyini tanımır

Avropa İttifaqı İsrailin Suriyanın işğal olunmuş ərazisi - Colan təpələri üzərində suverenliyini tanımaq niyyətində olmadığını təsdiq edib.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin martın 27-də dərc olunan bəyanatında deyilir.


"Avropa İttifaqının Colan təpələrinin statusu barədə mövqeyi dəyişməyib. Beynəlxalq normalara və BMT-nin Təhlükəsizlik Şurasının 242 və 497-ci qətnamələrinə uyğun olaraq Avropa İttifaqı İsrailin işğal olunmuş Colan təpələri üzərində suverenliyini tanımır”, - deyə sənəddə bildirilir.


Avropa Şurasının sədri Donald Tusk hələ Birləşmiş Ştatların İsrailin Colan təpələri üzərində suverenliyini rəsmən tanımasından öncə, Avropa İttifaqının martın 21-22-də keçirilən sammitinin nəticələrini şərh edərkən Aİ-nin bu region barədə mövqeyinin dəyişməzliyini bəyan etmişdi.


Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Colan təpələri üzərində suverenliyinin tanınması barədə sənədə imza atıb.

Xəbər lenti