Xəzər Xəbər

İndoneziyada sel və daşqınlar nəticəsində 79 nəfər ölüb

Dünya | 19:07 • 18 Mart 2019
İndoneziyada sel və daşqınlar nəticəsində 79 nəfər ölüb

İndoneziya Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatına görə, ölkənin iki bölgəsində şiddətli yağışların səbəb olduğu sel və daşqınlar nəticəsində 79 nəfər ölüb. 

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, mərkəzin yaydığı mətbuat üçün açıqlamada təbii fəlakət nəticəsində həyatını itirənlərin 74 nəfəri Papua əyalətinin paytaxtı Jayapura sakinləridir. Məlumatda 43 nəfərin itkin düşdüyü, ümumilikdə 12 min insanın sel və daşqınlardan zərər çəkdiyi bildirilir.

Təbii fəlakət zonasında axtarış-xilasetmə işləri aparılır.

Yanvar ayının sonunda da İndoneziyanın Sulavesi adasında şiddətli yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində 68 nəfər ölüb. Qeyd olunur ki, bu təbii fəlakət oktyabr və aprel aylarında daha çox baş verir.

Xəbər lenti