Xəzər Xəbər

Tramp dünya nəhəngi ilə görüşü təxirə salır

Dünya | 13:28 • 18 Mart 2019
Tramp dünya nəhəngi ilə görüşü təxirə salır

ABŞ prezidenti Donald Trampla Çinin dövlət başçısı Xi Çinpinq arasında iki ölkənin ticarət müharibəsini sona çatdırmaq üçün aprel ayına planlaşdırılmış görüşü təxirə salınacaq.

Buna səbəb Vaşinqtonun Pekinə verdiyi sözləri həyata keçirmək üçün təzyiq mexanizmini işə salmasıdır.

Qaynaqlar tərəflərin bu ilin ortalarına qədər ortaq razılığa gəlmək istədiyini və liderlərin görüşü iyun ayında keçirmək istədiklərini bildirir.

Qeyd edək ki, Donald Tramp postuna gəldikdən sonra dünyanın ticarət nəhəngləri ilə güclü rəqabət aparır, ABŞ-dan bu ölkələrə ixrac olunan məhsulların gömrük vergisini artırır və yaxud maliyyə sanksiyası tətbiq edir. Çin isə ABŞ-ın qlobal hegemnlonluğunu əzmək üçün iqtisadiyyatını dolların asılılığından xilas etməyə çalışır./Publika.az

Xəbər lenti