Xəzər Xəbər

Seçkidən sonra Krım və Donbası qaytaracağam - Poroşenko

Dünya | 10:13 • 18 Mart 2019
Seçkidən sonra Krım və Donbası qaytaracağam - Poroşenko

Ukrayna hazırda hərbi gücünü artırır.

Seçkidə qələbə qazandıqdan sonra Krım və Donbası geri qaytaracağam.

Bu fikirləri Ukrayna prezidenti Petr Poroşenko "Ukraina" televiziyasına verdiyi müsahibəsi zamanı səsləndirib.

Bu haqda informasiyanı prezidentin mətbuat xidməti yayıb.

Onun sözlərinə görə, Ukrayna rəhbərliyi Krımı qaytarmaq üçün dünya həmrəyliyini birləşdirib: "Buna görə rəsmi Kiyev heç bir ticari və gizli anlaşmaya getməyəcək. Biz seçkidən dərhal sonra istədiklərimizi həyata keçirib Krımı qaytaracağıq. Ukrayna hazırda hərbi gücünü artırır, beynəlxalq həmrəyliyi birləşdirir və iqtisadiyyatını inkişaf etdirir. Bəs Donbasda nə olacaq? Seçkidən sonra BMT-nin sülhməramlı qüvvələrini o bölgədə yerləşdirəcəyik".

Poroşenko bir müddət öncə seçkidə qələbə çalacağını deyib.

AzNews.az


Xəbər lenti

Çox oxunanlar