Xəzər Xəbər

Konqoda qatar relsdən çıxdı - 24 nəfər öldü

Dünya | 10:10 • 18 Mart 2019
Konqoda qatar relsdən çıxdı - 24 nəfər öldü

Hadisənin səbəbləri məlum deyil.

Konqo Demokratik Republikasında qatarın relsdən çıxması nəticəsində 24 nəfər ölüb.

Kasai vilayətində baş verən hadisə nəticəsində daha 31 nəfər yaralanıb.

KİV-lər qeyd edir ki, sərnişinlərin əksəriyyəti qatarda qeyri-qanuni hərəkət edirdi. Ölənlər arasında uşaqların olduğu da bildirilir.

AFP agentliyi bildirir ki, hadisə nəticəsində bir neçə vaqon aşıb, daha bir neçəsi isə körpüdən çaya düşüb.

Hadisənin səbəbləri məlum deyil.(trend.az)

Xəbər lenti