Xəzər Xəbər

Trampa bomba kimi rəqib: Barak Obamanın...

Dünya | 17:33 • 17 Mart 2019
Trampa bomba kimi rəqib:

2020-ci il ABŞ prezident seçkilərində namizəd olacaq daha bir şəxsin adı açıqlanıb.

Bu, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın köməkçisi olmuş Coy Bidendir.

Coy Biden 2020-ci il seçkilərinə Demokratlar Partiyasından namizədliyini irəli sürəcək.

"Bu ölkəni təkrar bir araya gətirmək məcburiyyətindəyik. Gözlərimizin önündə baş verənlərin fərqinə varsaq, yaxşı olar. Bir neçə il öncə mənə Amerika demokratiyasının parçalanıb dağılacağını söyləsəydiniz, sizə gülərdim”-, açıqlamasında Biden deyib.

Qeyd edək ki, 75 yaşlı Biden daha öncə 1988 və 20080-ci illərdə Demokratlar Partiyasından namizədliyini irəli sürmüş, lakin seçkilərdən erkən ayrılmaq məcburiyyətində qalmışdı.

Xatırladaq ki, daha öncə hazırkı prezident Donald Tramp və 10-a yaxın diplomat 2020-ci il seçkilərində namizəd olacaqlarını açıqlayıblar./Publika.az

Xəbər lenti