Xəzər Xəbər

ABŞ bombardmançıları havaya qalxdı: iki gün ərzində Avropa...

Dünya | 16:31 • 17 Mart 2019
ABŞ bombardmançıları havaya qalxdı: iki gün ərzində Avropa...

ABŞ-a məxsus strateji bombardman təyyarələri Avropada görüntülənib.

Luizianadakı "Barksdale” aviabazasından qalxan iki strateji B-52H Stratofortress bombardmançıları İngiltərənin "Fairford” hava bazasına eniş edib.

Bununla birlikdə son iki gün içində 3 ABŞ bombardman təyyarəsi İngiltərəyə göndərilib. Daha öncə strateji "B-52H Stratofortress” bombardmançısı Rusiyanın sərhəd bölgəsi olan Kalininqradd yaxınlığında görülmüşdü. Hava nəqliyyat qaynaqlarına görə, təyyarə Rusiya bazasının bombalanmasını simulyasiya edib.

Qeyd edək ki, B-52 1952-1962-ci illərdə istehsal edilib və SSRİ-nin hər hansı bir nöqtəsinə iki ədəd güclü termo-nüvə bombası ata biləcək potensiala malik bombardmançı kimi dizayn olunub. Bu gün də ABŞ Hərbi Hava Qüvvələrinin ən əhəmiyyətli uzunmənzilli bombardman təyyarəsi olmaq xüsusiyyəti daşıyır./publika.az

Xəbər lenti