Xəzər Xəbər

Türkiyənin xarici işlər naziri və prezident köməkçisi Yeni Zelandiyaya getdi

Dünya | 15:12 • 17 Mart 2019
Türkiyənin xarici işlər naziri və prezident köməkçisi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və prezident köməkçisi Fuad Oktay Yeni Zelandiyaya səfər edib.

Rəsmilər iki məsciddə müsəlmanlara qarşı törədilən teraktın olduğu Kraystçerç şəhərinə gedib.

Xarici işlər naziri hücumun gerçəkləşdiyi bölgə ilə tanış olacaq və araşdırma aparacaq.

Yeni Zelandiyanın baş naziri bu səfərdən məmnunluqlarını dilə gətirib.

Qeyd edək ki, 15 mart tarixində baş verən hadisə nəticəsində 51 nəfər ölüb, 50 yaralı var./publika.az

Xəbər lenti