Xəzər Xəbər

Moldova prezidentinin korteji qəzaya düşdü

Dünya | 19:30 • 22 Fevral 2019
Moldova prezidentinin korteji qəzaya düşdü

Moldova Prezidenti İqor Dodonun kortejindəki avtomobillərdən biri yol-nəqliyyat hadisəsi ilə üzləşib.


Xezerxeber.az Interfax agentliyinə istinadla xəbər verir ki, hadisə xidməti səfər zamanı baş verib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, qarşıdan gələn avtomobilin sürücüsü ötüb-keçmə əməliyyatı zamanı yolun sürüşkən olduğunu yaddan çıxarıb.


Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb. Polis təhqiqat aparır.


Moldova prezidentinin kortejində bundan əvvəl də qəza baş vermişdi. 2018-ci il sentyabrın 9-da İqor Dodonun getdiyi "Mersedes” onun yoluna çıxan yük maşınına dəyərək aşmışdı. Qəza nəticəsində üç nəfər yüngül xəsarət almışdı.


Xəbər lenti