Xəzər Xəbər

Nazir: İran Avrasiya İttifaqına qoşulacaq

Dünya | 16:59 • 19 Fevral 2019
Nazir: İran Avrasiya İttifaqına qoşulacaq

İran İslam Respublikasının bu ilin martın sonuna kimi Avrasiya İttifaqına qoşulması layihəsi təsdiqlənəcək.


Trend-in məlumatına görə, bunu İranın energetika naziri Rza Ərdəkanian deyib.


R.Ərdəkanianın sözlərinə görə, hazırda layihə İran parlamentinin gündəmindədir və ilin sonuna kimi təsdiqlənməsi qərara alınıb.


Nazir deyib ki, ehtiyacların təmin olunması üçün bazarlarda iştirak İranın əsas prioritetlərindən biridir.

Xəbər lenti