Xəzər Xəbər

“Donuz qripi”nin yeni qurbanları Hindistanda 40, Yəməndə 79 nəfər...

Dünya | 17:26 • 18 Yanvar 2019
“Donuz qripi”nin yeni qurbanları

Bu barədə ştatın səhiyyə departamenti məlumat yayıb.

Hindistanın Racastan ştatında bu ilin əvvəlindən bəri azı 40 sakin H1N1 virusundan dünyasını dəyişib.

Bu barədə ştatın səhiyyə departamenti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ştatda cari ilin yanvarın 1-dən 17-nə kimi 1036 virusa yoluxma halı qeydə alınıb.

Onlardan 40-ı ölüb.

Rəsmi statistikaya görə, 2018-ci ildə Hindistanın şimalında 15 min insan "donuz qripi”nə yoluxmuşdu. Həmin dövrdə xəstəliyin qurbanları 1100 nəfər təşkil etmişdi.

Bundan başqa, ötən ilin sonlarından bəri Yəməndə də "donuz qripi”ndən ölənlərin sayı azı 79 nəfərə çatıb.

Qeyd edək ki, BMT-nin humanitar məsələlər üzrə koordinatoru Mark Loukok bildirib ki, dünyanın aclıqdan ən çox əziyyət çəkən ölkəsi olan Yəməndə humanitar vəziyyət daha da pisləşir. Yardıma ehtiyacı olan insanların sayı 20 milyona çatıb ki, bu da əhalinin 70 faizini təşkil edir.(qafqazinfo.az)

Xəbər lenti