Xəzər Xəbər

Qırğızıstanda rus dilinin rəsmi statusdan çıxarılmasını istəyirlər

Dünya | 17:01 • 16 Yanvar 2019
Qırğızıstanda rus dilinin rəsmi statusdan çıxarılmasını istəyirlər

İnterfaks agentliyinin verdiyi məlumada görə, Qırğızıstanın sabiq baş prokuroru Azimbek Beknazarov bildirib ki, ölkə müxalifəti bir sıra Konstitusiya qanunlarını dəyişməyi, o cümlədən rus dilinin rəsmi statusdan çıxarılmağını təklif edib.

Onun sözlərinə görə, rus dilinə ehtiyac var, lakin beynəlxalq dili kimi.

Həmçinin Beknazarov onu da vurğulayıb ki, dövlət dili yalnız qırğız dili olmalıdır.

Qeyd edək ki, rus dilinin rəsmi statusu 2000-ci illərin əvvəllərində Qırğızıstan Konstitusiyasında təsbit edilib./faktxəbər

Xəbər lenti