Xəzər Xəbər

ATƏT-in 850-yə yaxın müşahidəçisi Ukraynadakı prezident seçkilərini izləyəcək

Dünya | 14:34 • 16 Yanvar 2019
ATƏT-in 850-yə yaxın müşahidəçisi Ukraynadakı prezident seçkilərini izləyəcək

Ukraynada keçiriləcək prezident seçkilərini ATƏT-in 850-yə yaxın müşahidəçisi izləyəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.


Onların seçki prosesində təhlükəsizliyi və müşahidəçilik missiyasını hərtərəfli yerinə yetirmək üçün Ukrayna DİN-də xüsusi işçi qrup və qərargah yaradılıb.


Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Xəbər lenti