Xəzər Xəbər

Nə üçün özümüzü yorğun hiss edirik?

Dünya | 14:51 • 16 Yanvar 2019
Nə üçün özümüzü yorğun hiss edirik?

Alimlər "fast food”un vücudu yavaşlatdığını ortaya çıxarır.

Həmişə yorğun olursunuz, dincəlsəniz də özünüzü yorğun hiss edirsiniz. Bunun təbii ki, mütləq bir səbəbi var.

Aşağıdakı səbəblərdən özünüzü yorğun hiss edə bilərsiniz:

Lazımı qədər yatmamaq

Gözəl bir gecə yuxusu sadəcə dincəlməyinizi təmin etmir. Gecə yuxusu sırasında vücud yaxşı-pis xolestrolu nizamlamaq, əzələ və sümükləri gücləndirmək və vücudun yağ toplanması kimi önəmli işlər görür. Yaxşı yuxulamamaq eyni zamanda depressiyaya da səbəb olur.

Sağlam qidalanma

Əslində sürətli bir enerji toplamaq üsulu olsa da uzun müddət sonra bunu edə bilmirsən. Alimlər "fast food”un vücudu yavaşlatdığını ortaya çıxarır.

Hərəkətsizlik

Səhər ediləcək qısa zamanlı idman hərəkətləri, ya da qısa bir "gəzmə” günə yaxşı başlamanıza köməkçi ola bilər. Gün ərzində hərəkətsiz qalmaq enerjinizin düşməsinə səbəb olur.

Hormonal problemlər

Yavaş çalışan tiroid və adrenal böyük enerji itirilməsinə səbəb olur. Buna görə də həkiminizlə məsləhətləşməniz məsləhətdir.

B vitamin əskikliyi

Vücudunuzdakı qlükozanın enerjiyə çevrilməsi üçün B vitamininə ehtiyac duyulur.

Su içməmək

Lazımı qədər su içməmək sizi daha yorğun edir. Ancaq suyun artıq içilməsi də vücudunuz üçün zərərlidir. Buna görə sadə bir test də edə bilərsiniz. Tualetə getdiyiniz zaman sidiyiniz tünd sarı olarsa az, çox açıq rəngdə olarsa çox su içirsiniz deməkdir.

İnfeksiya

Fərqində olmadığınız bir infeksiya xəstəliyi keçirmiş ola bilərsiniz. Əllərinizi tez-tez yumağı və şəxsi gigiyenanıza diqqət yetirməyi unutmayın.

AzNews.az

Xəbər lenti