Xəzər Xəbər

Putin: Bu ilin sonunadək “Türk axını”nı istifadəyə verməyi planlaşdırırıq

Dünya | 14:33 • 16 Yanvar 2019
Putin: Bu ilin sonunadək “Türk axını”nı istifadəyə verməyi planlaşdırırıq

Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan "Türk axını” boru kəmərinin ("TurkStream”) cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.


"Türk axını”nın inşası prosesi qrafik üzrə davam edir. 2019-cu ilin sonuna qədər boru kəmərini istifadəyə verməyi planlaşdırırıq”, - deyə V.Putin bildirib.


Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Kəmərin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.


Xəbər lenti