Xəzər Xəbər

Rusiyada zavodda partlayış - yaralılar var

Dünya | 14:08 • 16 Yanvar 2019
Rusiyada zavodda partlayış -

Rusiyanın Leninqrad vilayətində "Poliplast" zavodunda partlayış baş verib.


Trend-in məlumatına görə, hadisə nəticəsində azı 3 nəfər yaralanıb.


İlkin məlumatlara əsasən, zavodda yanacaq-sürtkü materiallarının olduğu çəllək partlayıb.


Partlayışdan sonra zavodda güclü yanğın baş verib. Yanğın ümumilikdə 50 kv.m ərazini əhatə edib.


Hazırda yanğın lokallaşdırılıb. Yanğına səbəb kimi texniki təhlükəsizlik qaydalarının pozulması göstərilir.

Xəbər lenti