Xəzər Xəbər

Qazaxıstanda 12 azərbaycanlı fəhlə ac qalıb - 3 aydır maaş verilmir

Dünya | 12:45 • 16 Yanvar 2019
Qazaxıstanda 12 azərbaycanlı fəhlə ac qalıb -

Azərbaycandan olan 12 fəhlə Qazaxıstanda üç aydır maaş almır və aclıqla mübarizə aparır.virtualaz.orgqazax KİV-lərinə istinadən xəbər verir ki, onlar Qazaxıstanın sosial mənzillər tikintisinə dair "Nurlu Jer” dövlət proqramı çərçivəsində yaşayış binasının tikintisində iştirak edirlər. Məlumata görə tezliklə fəhlələr qeyri-leqal işçi statusuna düşəcəklər, çünki viza mddətləri də qurtarmaq üzrədir.

Fəhlələrdən biri Yasinəli Yasinoğlu deyir ki, o podratçı şirkətdən heç olmasa yemək almaq üçün hərəyə 1000 təngə verilməsini xahiş edib. Lakin şirkətdən deyiblər ki, pul yoxdur.

Azərbaycanlı fəhlələr deyirlər ki, onlar sonuncu dəfə ötən ilin noyabrında maaş alıblar. 12 fəhləyə cəmi 400 min təngə verilib. Bu günlərdə isə onları fəhlə vaqonlarından çölə atıblar.

"Qoy pullarımızı versinlər, biz vətənimizə gedək”-Mustafa Səfəroğlu adlı digər fəhlə deyir.

Tikintinin sifarişçisi Aktau şəhər icra hakimiyyətidir, podratçı isə "Alyans Stroy Servis-R” adlı yerli firmadır. Fəhlələri muzdla tutan podratçı vəziyyəti şərh etməkdən imtina edib. Şirkədən ancaq onu deyiblər ki, maliyyə daxil olan kimi inşaatçılar pullarını alacaqlar.

Şəhər icra hakimiyyətinin tikinti şöbəsinin rəhbəri Manqistau Koyşıqulov isə deyir ki, 2018-ci ildə tikintiyə 723 milyon təngə ayrılıb. Hakimiyyət podratçının ancaq ilin sonlarına olan vəsaitini ödəyə bilməyib. Məmur deyir ki, firma öz büdcəsini bölüşdürərəkən birinci növbədə fəhlələrin maaşını ayırıb kənara qoymalıydı. Onun sözlərinə görə, problem fevralın sonlarına qədər həll olunmalıdır. Azərbaycan vətəndaşları isə tanışlarından çörək pulu borc alır və birtəhər sağ qalmağa çalışırlar...

Xəbər lenti